LENT.AZ - “Qarabağ” yeni transferini açıqladı
Sizin link burada

“Qarabağ” yeni transferini açıqladı

“Qarabağ” yay fasiləsində ikinci əcnəbi transferini gerçəkləşdirib. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Ağdam klubu feysbuk səhifəsində video-paylaşımla yayıb.

 

Videoda futbolçunun üzü görünməsə də, onun “Lans”ın “11 nömrəsi” Abdullah Zubir olduğunu müəyyənləşdirmək çətin deyil. Mərakeş əsilli fransalı yarımmüdafiəçi yeni mövsümdən Azərbaycan çempionunun formasını geyinəcək.

 

Qeyd edək ki, son klubu “Lans” olan Abdullah Zubir karyerası ərzində “Qrenobl”, “İstr”, “Hibernian” və “Petrolul”da da çıxış edib. 27 yaşlı futbolçu pleymeyker və vinger mövqelərində oynamağı bacarır.

 

LENT

20 İyul 2018
19 İyul 2018

Digər xəbərlər >>>