LENT.AZ - Xərçəngə tutulmuş 6 yaşlı azərbaycanlı Rusiyadakı azərbaycanlılardan yardım istəyir 
Sizin link burada

Xərçəngə tutulmuş 6 yaşlı azərbaycanlı Rusiyadakı azərbaycanlılardan yardım istəyir 

 

 
Gəncədən Moskvaya köçmüş azərbaycanlı ailənin körpə uşağında xərçəng xəstəliyi aşkarlanıb. Lent.az-ın xəbərinə görə, hazırda N.N. Bloxin adına Rusiya Elmi Onkoloji Mərkəzdə yatan, yalnız anası Zərəngiz Süleymanovanın himayəsində olan  6 yaşlı İbrahim Süleymanovun həyatda qalması üçün həkimlər təcili əməliyyata ehtiyac görürlər.
 
 
Bunun üçün maddi imkanları məhdud olan balaca İbrahimin təcili maddi yardıma ehtiyacı var. Ümumilikdə 6 milyon (təqribən 100 000 ABŞ dolları) Rusiya rubluna başa gələn əməliyyat üçün Rusiyadakı bir qrup həmyerlimiz tərəfindən artıq 4 milyonu yığılıb, yerdə qalan 2 milyon üçün balaca İbrahimin anası həmvətənlərimiz, xüsusilə də humanitar fəaliyyəti ilə seçilən gənc iş adamı, musiqiçi Emin Ağalarova müraciət edib.
 
Balaca İbrahimin həyatda qalması üçün yardım etmək istəyənlər, N.N. Bloxin adına Onkoloji Mərkəzlə, yaxud +79252404589 (Zərəngiz Süleymanova) telefon nömrəsi ilə əlaqə yarada bilərlər.

LENT

20 İyul 2018

Digər xəbərlər >>>