// //
LENT.AZ - Bura Cənubi Qafqazın ən böyük Milli Parkıdır - FOTOREPORTAJ
Sizin link burada

Bura Cənubi Qafqazın ən böyük Milli Parkıdır - FOTOREPORTAJ

 
 
 
Şəhərin bürkülü və isti havasından sıxılanda sərin meşə, gözləri dincəldən yaşıllıq,  ürəkdolusu nəfəs ala bilmək ehtiyacı hiss edirsən. Odur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Təbiət evimizdir" adlı ekoloji turizmin mediada təbliği layihəsi çərçivəsində Şahdağ Milli Parkına səfər imkanını heç cür əldən vermək olmazdı...
 
 
 
Bir halda ki, gedəcəyimiz Milli Park ərazisinə görə Cənubi Qafqazın ən böyük Milli Parkıdır. Üstəlik 6 rayonun ərazisini əhatə edir.  
 
 
Nazirliyin mətbuat katibi İradə İbrahimovanın dediyinə görə, milli parklara mediaturlar bir aya yaxındır ki, davam edir. Məqsəd də milli parklardakı ekoturizm potensialını göstərmək, bir-birindən gözəl təbiət abidələrinə gediş-gəliş imkanlarını genişləndirmək və ətraf mühitə sivil münasibəti tam formalaşdırmaqdır.
 
 
 
Şahdağ Milli Parkı Azərbaycan Prezidentinin 2006-cı il 8 dekabr tarixli sərəncamı ilə yaradılıb.
 
 
 
İsmayıllı, Oğuz Qəbələ, Şamaxı, Quba, və Qusar rayonlarının inzibati ərazisini əhatə edir. Parkın ərazisi 2010-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə 130508 hektara çatdırılıb. Parkın ərazisinin bir hektarında meyvə ağacları yerləşir.
 
 
 
Şahdağ Milli parkında ekoturizm fəaliyyətinin inkişafı üçün bütün imkanlar var. Milli parkın xidməti ərazilərinin mürəkkəb coğrafi ərazi xüsusiyyətləri nəzərə alınaraq Oğuz bölməsi üzrə 6, Şamaxı bölməsi üzrə 5, İsmayıllı bölməsi üzrə 8, Qəbələ bölməsi üzrə 8, Qusar bölməsi üzrə 9, Quba bölməsi üzrə 13 turist marşrutu olmaqla 49 turist marşrutu hazırlanıb.
 
 
 
 
Gedəcəyimiz marşrut Şahdağ Milli parkının Quba bölməsinin Rustov meşəbəyliyinin Girdah şəlaləsi marşrutudur.
 
 
 
 
 
 
Xanəgah kəndi, Xanəgah şəlaləsi, Cağacıq çayı istirahət üçün ideal məkandır. 
 
 
 
 
 
 
 
Şəlalənin ətrafında istirahətə gələnlər üçün milli üslubda məkan da hazırlanıb.
 
 
Milli Parkın ərazisindəki meşələr əsasən iberiya və şərq palıdından, şərq fıstığından və Qafqaz vələsindən ibarətdir. Burada quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur. Ərazidə adları Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı qorunur.
 
 
 
 
 

LENT

16 İyul 2018
15 İyul 2018

Digər xəbərlər >>>