LENT.AZ - Əli Mirəliyevin qızı gəlinlərinə görə efirə çıxdı: "İşgəncə gördüyünə görə qaçıb"
Sizin link burada

Əli Mirəliyevin qızı gəlinlərinə görə efirə çıxdı: "İşgəncə gördüyünə görə qaçıb"


“Səhər-Səhər” verilişinin növbəti qonaqları müğənni  Əli Mirəliyevin oğlu Taleh Mirəliyev və qızı Samirə Mirəliyeva olub. Lent.az-ın məlumatına görə, ötən verilişdə müğənninin nəvəsini tərk edən gəlini haqqındakı sərt fikirləri birmənalı qarşılanmayıb. Efirə telefonla bağlanan sənətçinin qonşusu Nailə Əliyeva qalmaqalı yenidən böyüdüb.

Efirdə Mirəliyevlər ailəsini ifşa edən qonşu olduqca kəskin iddialar səsləndirib:
 

“Siz qıza işgəncə edirdiniz. Heç bir qadın xoşbəxt ailəsini tərk edib getməz. Görün nə həddə çatdırıblar ki, ana uşağını qoyub gedib. Siz ailədə fironluq etməyi xoşlayırsız. Belə çıxır ki, sizin qızınız da ərinin üstündə fironluq edir. Necə ki, oğlunuz da Aylanı döyürdü. Taleh onu döyürdü. Bilmirdi ki, qaçırdığı qız nişanlıdır?”. 


Bu sözlərin ardından Əli Mirəliyev oğlunu müdafiəyə qalxıb:

“Döyürdü, əcəb edirdi, dilini dinc qoymurdu. Nişanlı qız gəlib oğlumla qaçıb” .

Daha sonra müğənninin qızı Samirə qardaşı Taleh Mirəliyevin qızı qaçırdığını yox, qızın Talehi qaçırdığı iddiasına cavab verib:

“Qız qardaşımı qaçırıb. Bilmirsiz danışırsız. Qardaşımın 19 yaşı olub. Qız Talehdən 1 yaş böyük idi. Bunların arasında münasibət olub, amma qızı sonra nişanladılar. Biz bilməmişik. Qız bir gün zəng edib və bunlar gizlin danışıblar. Çünki artıq biz də bu qızı ikinci mərhələdə istəmirdik. Qızın da anası, atası istəmirdi. Yəni ailələr bir-birini istəmirdi. Bu qız zəng edib, qardaşıma deyib ki, mən evdən çıxmışam, gəl məni apar. Bu da cavan uşaq, götürüb gedib və bunun cəzasını da çəkib”.

Taleh Mirəliyev isə özünü belə müdafiə edib: 

“Mən onu qaçırmamışam. Onu uşağımla Türkiyəyə istirahətə göndərmişəm. Sonra qayıdıb və yenidən qaçıb Türkiyəyə. Gedib Türkiyədən tapmışam onu. Yaxşı qadın Türkiyəyə qaçar? 2 min kilometr gedəndə fikirləşmirdi ki, hara gedirdi?”. 

 

LENT

19 İyul 2018
18 İyul 2018

Digər xəbərlər >>>