// //
LENT.AZ - Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
Sizin link burada

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib

İyunun 25-də Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələrin 100 illiyi münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına əklil və gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.
Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına əklil və gül dəstələri qoyulub.

 

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>