LENT.AZ - "Azərbaycanda azad media formalaşıb" - Əli Həsənov
Sizin link burada

"Azərbaycanda azad media formalaşıb" - Əli Həsənov

"Azərbaycan prezidenti vətəndaş cəmiyyəti institutlarını inkişafımızın əsas şərti kimi dəyərləndirir".

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illiyi ilə bağlı tədbirdə Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

 

Ə. Həsənov deyib ki, Azərbaycanın uğurlarının təməli Heydər Əliyev tərəfindən qoyulub: "1995-ci ildə qəbul edilmiş Konstitusiyamızda vətəndaş cəmiyyəti quruculuğu, siyasi plüralizm, siyasi fəaliyyət azadlığı əksini tapıb. Bu, inkişafımızın üç şərtidir. Hər üç sahədə inkişafımızı xarici ekspertlər də qey edirlər. 1995-ci ildə ilk dəfə çoxpartiyalı əsasda seçkilər keçirilir. Ötən dövrdə keçirilən seçkilər də çoxpartiyalı əsasda, şəffaf keçirilib. 1995-ci ildən bu günə qədər azad media formalaşıb. Biz vətəndaş cəmiyyətinin inkişafında da hədəflərimizə çatdığımız üçün qürur hissi keçiririk".

LENT

20 İyul 2018

Digər xəbərlər >>>