// //
LENT.AZ - “Hamı bizimlə düşmək istəyirdi” - "Qarabağ"ın rəqibi
Sizin link burada

“Hamı bizimlə düşmək istəyirdi” - "Qarabağ"ın rəqibi

“Qarabağ” əzəmətli komandadı. Ancaq biz rəqibdən çox öz hazırlığımız barədə düşünməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Olimpiya”nın kapitanı Branko İliç deyib.

Sloveniya klubunun müdafiəçisi yerli mətbuata açıqlamasında Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib.

35 yaşlı futbolçu Azərbaycan çempionunu cütün favoriti saysa da, növbəti mərhələ ümidini itirmir: “Bizim Uels klubunu arzuladığımız kimi, digər klublar da “Olimpiya” ilə düşmək istəyirdilər. Bəlkə də, arxa planda olmağımız bizim üçün üstünlükdü. Futbolun sehri kağız üzərində ən zəif sayılanın ən güclünü məğlub etməsidi. “Qarabağ” texniki cəhətdən çox güclü futbol sərgiləyir. Bu üzdən növbəti mərhələyə adlamaq istəyiriksə, bir dəqiqədə də olsun boş dayanmamalı, əvvəldən axıra qədər mübarizə aparmalıyıq. Hər bir iştirakçı get-gedə oyun səviyyəsini artırır. Biz artıq ilk matça qədər daha hazırlıqlı olmalıyıq. Ən əsası odu ki, özümüzə güvənirik. Baş məşqçi təhlillərə çox vaxt ayırır. Çünki oyun sistemində ciddi dəyişiklik etməyi düşünür”.

Qeyd edək ki, iyulun 11-də Lyublyanada “Olimpiya”nın qonağı olacaq “Qarabağ” həmin ayın 17-də rəqibini Bakıda qəbul edəcək.

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>