// //
LENT.AZ - Azərbaycanda bu universitetin girişində sütunlu tavan çökdü
Sizin link burada

Azərbaycanda bu universitetin girişində sütunlu tavan çökdü

Bu gün saat 15:30-da Sumqayıt Dövlət Universitetinin (SDU) əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavanı çökərək yararsız vəziyyətə düşüb.
 
 
 
Bu barədə APA-ya SDU-nun mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli məlumat verib.
 
 
 
O bildirib ki, öncədən əmələ gələn çatlar nəzərə alınaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb.  
 
 
 
N. Cəlilli qeyd edib ki, hadisə barədə müvafiq strukturlara məlumat verilib.

LENT

16 İyul 2018

Digər xəbərlər >>>