LENT.AZ - Körpə İbrahimin yardımınıza ehtiyacı var - SOS
Sizin link burada

Körpə İbrahimin yardımınıza ehtiyacı var - SOS

İbrahim ailənin tək oğul övladıdır. 3 yaş 8 aylıq olan bu oğlanın özündən başqa bir bacısı da var.
 
 
 
Doğulduğu gündən balaca İbrahimin səhhəti ilə bağlı heç bir problemi olmayıb. Anası Püstəxanım Hüseynova deyir ki, İbrahim vaxtında dil açıb, vaxtında yeriyib, doğulanda çəkisi 5 kiloqramdan artıq olub.
 
 
 
Bu ilin mart ayında İbrahimdə iştahasızlıq yarandığını bildirən gənc ana deyir ki, bunun xəstəlik olduğunu heç düşünməyib. Püstəxanım elə başa düşüb ki, uşaq bağçada soyuqlayıb. Bir müddət keçdikdən sonra İbrahim anasına qarın nahiyəsində şiddətli ağlı olduğunu deyib. Dərhal anası balaca İbrahimi terapevtə aparıb: "Birdən-birə başladı. Heç bir problemi belə olmayıb. Ümumiyyətlə, bağçada belə çox xəstələnməyib. Arada soyuqdəyməsi olardı. Ağrısı olduğunu dedi. Apardım cərraha, dedi ki, ciddi bir problemi yoxdur. İştahasızlığından şikayət etdik. Həkim də dedi ki, fəsil dəyişməsində bütün uşaqlarda olub. Ağlıma belə gəlməzdi ki, balam bu cür fəlakətlə üz üzə qalacaq. Həkim də bizi arxayın etdi. Gördüm iştahasızdır. Dedim, heç bağçaya da getməsin, evdə baxım. Gördüm yox, uşaq günü-gündən geri gedir. Kaş elə ilk gündən ultrasəs müayinə aparardıq. Nə bilim..."
 
 
 
Bir müddət gözlədikdən sonra İbrahimi yenidən pediatr müayinəsinə götürürlər və ultrasəs müayinəsi təyin edilir: "UZİ-də Sumqayıtda bizə şiş olduğu deyildi. Bizi Uşaq Onkologiya Mərkəzinə göndərdilər. İnan, yenə düşünmədim ki, ciddi bir şey ola bilər. Çünki 3 yaş 8 aylıq İbrahimdə heç bir zaman ağır r xəstəlik olmamışdı. Daha dolğun cavab üçün bu dəfə üz tutdum Gömrük Hospitalına. KT müayinə olunsun deyə ora getdik. Amma uşağı ora aparanda zökəm idi, az da olsa, hərarəti vardı. Ona görə də anesteziya verib kontrast tomoqrafiya edə bilməyəcəkdilər. Dərhal apardım "German Hospital"a. Burda UZİ olundu və şiş göründü yenə. Beləliklə, aydın oldu ki, qarın boşluğunu tam əhatə edən şiş var. İbrahim uşaqlıqdan iri və kök uşaq olduğundan, mən son dövrlər hiss etməmişəm ki, şişdir bu. Həkimlər zökəmin qarşısını almaq üçün antibiotiklər məsləhət gördülər. Amma qeyd etdilər ki, bu şiş ya limfa, ya da neuroblastomadır. Retroperetonal ərazidə yerləşir, qalan başqa orqanlar sağlamdır. Sitoloji müayinə tələb olunur".
 
 
 
Çarəsiz ana övladı ilə birgə onun qan analizlərinin cavabını gözləyir: "Onkologiyada qan analizləri, ilikdən və həmin şişdən biopsiya götürüldü. İlik təmizdir. Sinterqommanın da sümüyünə yayılmadığı təsdiqləndi. Metastaz verməyib. İyunun 8-də verilən analizlərin cavabı isə molegun törəmədir. Yəni bədxassəli şişdir. Bura qədər özümü xoşxassəli olacağına inandırmışdım. Bu, ən bahalı xəstəlik növüdür. Oğlumun adına bank hesabı da açılıb buna görə. Mən tək heç nəyi bacarmayacağam. İnsanlar biganə qalmadılar. Uşaqlar xərçəngi yenirlər. Əgər köməklərini əsirgəməsələr, bəlkə balam sağlamlığına qovuşar".
 
 
 
Püstəxanım işsizdir. Hazırda təqaüddə olan valideynlərinin himayəsində yaşayır. Balaca İbrahimin isə bizlərin köməyinə ehtiyacı var. Yardımınızı əsirgəməyin!
 
 
 
 
 
380194401663363401
 
 
 
AZE16634676
 
REKVİZİT MİLLİÖN
 
Alanın Bankı / Beneficiary Bank
 
Bank Respublika ASC Sumqayıt filialı
 
Kod: 504777 VOEN: 9900001901
 
M/h: AZ80NABZ01350100000000014944
 
SWIFT: BRESAZ22
 
Alan / Beneficiary
 
Adı / Name: PUSTAXANIM
 
Soyadı / Name: HUSEYNOVA
 
IBAN : AZ60BRES00380194401663363401

LENT

18 İyul 2018

Digər xəbərlər >>>