LENT.AZ - Bakının mərkəzində tələbəni döyə-döyə öldürənlərə AĞIR CƏZA
Sizin link burada

Bakının mərkəzində tələbəni döyə-döyə öldürənlərə AĞIR CƏZA

Bakıda tələbəni döyərək qətlə yetirməkdə təqsirli bilinən Rəşad Həsənov və Aftandil Məmmədovun barələrindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Rəşad Həsənov 17 il, Aftandil  Məmmədov 18 il 6 ay azadlıqdan məhrum edilin.

 

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Rəşad Həsənovun 18 il , Aftandil Məmmədovun isə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Qeyd edək ki, hadisə ötən il Bakının Nəsimi rayonunda olub. Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevin zorakılıq əlamətləri olan meyiti rayonun Fikrət Əmirov küçəsində aşkar edilib. İyulun 3-də meyit tapılandan sonra ilkin olaraq S.Mehdiyevin maşın vurması nəticəsində öldüyü deyilsə də, sonradan onun öldürüldüyü məlum olub. Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin ərazidə heç bir yol-nəqliyyat hadisəsinin baş vermədiyi müəyyən edilib.

 

Qətli törədən Bakı şəhər sakini Rəşad Həsənov və Ağstafa rayon sakini Aftandil Məmmədov həbs edilib. Bildirilir ki, tələbəni öldürən şübhəli şəxslərin hər ikisi əvvəllər məhkumluq həyatı yaşayıb.

 

Təhlükəsizlik kameraları ilə üzə çıxıb ki, həmin ərazidə 3 nəfər arasında dava-dalaş olub, onlar bir nəfəri döyüblər.

 

Samir Mehdiyev həmin ərazidə tikinti şirkətlərindən birinin tikdirdiyi binada gözətçi işləyib. Gecə saatlarında Rəşad Həsənov və Aftandil Məmmədov həmin ərazidən tikinti materialları oğurlamaq istəyiblər. Amma Samir Mehdiyev onların oğurluğunun qarşısını almaq istəyib. Onların arasında mübahisə yaranıb və oğrular Samir Mehdiyevi döyərək öldürüblər.

 

LENT

20 İyul 2018
19 İyul 2018

Digər xəbərlər >>>