// //
LENT.AZ - "Təhsildə özəlləşdirmə prosesi sürətləndirilməlidir" - Əli Əhmədov
Sizin link burada

"Təhsildə özəlləşdirmə prosesi sürətləndirilməlidir" - Əli Əhmədov

"Azərbaycanda böyük islahatlar keçirilir. Məmnunluq hissi ilə qeyd edirəm ki, təhsildə qarşıya qoyulan məqsədlər keyfiyyətə nail olmaq məqsədi daşıyır. Bu, dövlətin qüdrətinin artmasına da kömək edir".

 

 

Lent.az-ın xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov dərs ilinin yekunlarına dair Təhsil Nazirliyinin hesabat tədbirində bildirib.

 

 

O deyib ki, hər şeydən əvvəl cəmiyyətin təhsilə münasibəti dəyişməlidir: "Bu, təhsil sahəsində gözlədiklərimizin həyata keçməsinə kömək edəcək. Müəllim nüfuzunun artırılması, müəllimin əməyinin qiymətləndirmə formasının dəyişdirilməsi də təhsilin nüfuzunun artmasına kömək edir. Azərbaycan əhalisinin 1,3 faizi tələbələrdir. Mən təhsildə özəlləşdirmə prosesinin sürətləndirməsinin tərəfdarıyam. Bu istiqamətdə fəaliyyətimizi artırmalıyıq. Burada kiçik məktəblər problemindən danışıldı. Bu, məktəb səviyyəsinə təsir edən amillərdən biridir. Təbii ki, belə məktəblərdə yüksək keyfiyyətli təhsildən danışmaq olmaz. Universitetlərdə də təhsilin keyfiyyətinin artırılması üçün onlara sərbəstlik verilməsində fayda var. Tələbələrin qəbulu ilə bağlı reqlamentləşməyə, planlaşmaya ehtiyac var. Qeyd etdiyim kimi, əhali nisbətinə görə tələbə sayı azdır. Daha çox əhali kütləsi universitet təhsili ilə əhatə olunmalıdır".

 

 

 

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>