LENT.AZ - 30 manata görə həbs edilən çempionun istintaqı başa çatdı
Sizin link burada

30 manata görə həbs edilən çempionun istintaqı başa çatdı

Soyğunçuluqda təqsirləndirilən Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu olmuş Anar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror çıxış üçün vaxt istəyib.

 

Proses iyunun 27-də davam edəcək.

 

Xatırladaq ki, təqsirləndirilən şəxsin hadisəni törədərkən anlaqlı vəziyyətdə olub-olmamasını araşdırmaq üçün məhkəmə psixatrik ekspertizasının rəyi ötən proses açıqlanıb.

Rəydə qeyd edilib ki, A. İsmayılov hadisəni törədərkən anlaqlı vəziyyətdə olub.

 

Qeyd edək ki, idmançı Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. O, 30 manat pulu soyğunçuluq yolu ələ keçirdiyi üçün ittiham verilib.

 

Xatırladaq ki, A. İsmayılov 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.

 

LENT

19 İyul 2018
18 İyul 2018

Digər xəbərlər >>>