LENT.AZ - Azərbaycanda bu müəllimlərin maaşı 900 manatı keçdi
Sizin link burada

Azərbaycanda bu müəllimlərin maaşı 900 manatı keçdi

Azərbaycanda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 3,5 faizi 900 manat və daha çox əməkhaqqı alır.

 

Lent.az bildirir ki, bunu Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbirində çıxış edən Təhsil İnstitunun direktor əvəzi Emin Əmrullayev deyib. Onun sözlərinə görə, 2014-2017-ci illər ərzində Azərbaycanda 134136 müəllim diaqnostik qiymətləndirmədən keçib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 23,5 faizi 300 manatadək, 35,9 faizi 300-500 manat, 27,1 faizi 500-700 manat, 10 faizi 700-900 manat, 3,5 faizi əməkhaqqı 900 manat və daha çox əməkhaqqı alır.

 

LENT

18 İyul 2018

Digər xəbərlər >>>