// //
LENT.AZ - Azərbaycanda DƏHŞƏT: Ər arvadını namaz qılarkən 7 yerdən bıçaqladı - VİDEO
Sizin link burada

Azərbaycanda DƏHŞƏT: Ər arvadını namaz qılarkən 7 yerdən bıçaqladı - VİDEO

Ağsu rayonunda dəhşətli cinayət hadisəsi baş verib.
 
 
APA TV-nin yerli bürosunun məlumatına görə, Qaraqaşlı kənd sakini, 1988-ci il təvəllüdlü Namiq Həsənov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızını bıçaqlayıb.
 
Şəbnəm Həsənli təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
 
 
Namiq Həsənov arvadını öldürmək üçün ona kürək, qol, bilək və sinə nahiyəsinə 7 bıçaq xəsarəti yetirib. Ailə üzvlərinin bildirdiyinə görə, qadın namaz qılarkən kişi arxadan ona qəflətən hücum edərək bıçaqlamağa başlayıb. Hadisəni törədən şəxs qaçsa da, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
 
 
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>