// //
LENT.AZ - Qənirə Paşayeva Vanda səfərdə olub
Sizin link burada

Qənirə Paşayeva Vanda səfərdə olub

Mayın 25-də Vanda böyük tədbir keçiriləcək. Lent.az-ın məlumatına görə, Vanda səfərdə olan millət vəkili Qənirə Paşayeva Van 100-cü yıl Universitetinin rektoru Prof. Dr. Peyami Battal ilə görüşüb. Millət vəkili görüş zamanı bütün müsəlman şərqində qurulmuş ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı universitet rektoruna geniş məlumatlar verərək bu münasibətlə Van universitetində də geniş tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb və bu təkliflə çıxış edib. Rektor millət vəkilinin təklifini böyük məmnuniyyətlə qəbul etdiklərini bildirərək 25 may tarixində rəhbərlik etdiyi universitetdə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə bağlı tədbir keçiriləcəyini və həmin tədbirə millət vəkili Q.Paşayevanı da dəvət etdiyini deyib. Van 100-cü yıl Universitetinin rektoru Prof. Dr. Peyami Battal qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnunluğunu ifadə edib. Rektor rəhbərlik etdiyi universitetin də Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün şəraitin yaradıldığını qeyd edib.

 

Q. Paşayeva Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığının getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Van 100-cü yıl Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu bildirib.

 

Millət vəkili Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı Universitet gəncləri ilə geniş müzakirələrə, tələbələrlə bu mövzular ətrafında daha çox görüşlərin, konfransların daha da artmasına ehtiyac olduğunu deyib. Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, Türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlə yanaşı gənclərin təhsilə, oxumağa, öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb.

 

Q.Paşayev həmçinin Van 100-cü yıl Universitetinin müəllimləri, burada müəllimlik edən alimlərimiz, burada təhsil alan bəzi azərbaycanlı tələbələrlə də görüşüb. Azərbaycanlı tələbələrlə görüş zamanı millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə daha geniş çatdırılmasında xaricdə təhsil alan tələbələrimizin də üzərinə böyük vəzifələr düşdüyünü bildirib və onlarla bu istiqamətdə müzakirələr olub.

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>