// //
LENT.AZ - 10 cu sinif şagirdləri üçün sınaq imtahanlarının nəticələri açıqlandı
Sizin link burada

10 cu sinif şagirdləri üçün sınaq imtahanlarının nəticələri açıqlandı

Yeni təhsil proqramları (kurikulumlar) üzrə 10-cu sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanının nəticələri açıqlanıb.

Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, DİM yeni təhsil proqramları (kurikulumlar) üzrə 10-cu sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 16:20-dən etibarən elan edib.

Mayın 6-da keçirilən sınaq imtahanında iştirak etmiş şəxslər DİM-in internet ünvanına daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Şagirdlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 11827 şagirddən 90 nəfəri imtahana gəlməyib. 

LENT

18 İyun 2018
17 İyun 2018

Digər xəbərlər >>>