// //
LENT.AZ - İstehsalatda bədbəxt hadisələrə görə milyona manatdan artıq sığorta ödənilib
Sizin link burada

İstehsalatda bədbəxt hadisələrə görə milyona manatdan artıq sığorta ödənilib

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək  qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanan sığorta haqlarının və ödənişlərin məbləği açıqlanıb.
 
 
 
“APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel ayları ərzində bu sinif üzrə sığorta daxil olmaları 15 mln. 884,6 min manat təşkil edib. Bu, mart ayındakı göstəricidən 7 mln. 476,6 min manat və ya 88,92% çoxdur.
 
 
 
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək      qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlərə gəlincə, bu ilin 4 ayında  bu rəqəm 1 mln. 357,7 min manat olub ki, bu da bir ay əvvəlki göstəricidən 111,7 min manat və ya 8,96% çoxdur.
 
 
 
Ümumilikdə yanvar-aprel aylarında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlər sığorta haqlarının cəmi 8,55%-ni təşkil edib.

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>