// //
LENT.AZ - 23 yaşlı oğlanı öldürənin anası: "Üzlərinə baxa bilmirəm...."
Sizin link burada

23 yaşlı oğlanı öldürənin anası: "Üzlərinə baxa bilmirəm...."

Barda yaranan mübahisədən sonra dostunu öldürən 1994-cü il təvəllüdlü Zaur Qasımovun məhkəməsi davam edib. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxsin anası ifadə verib. O, hadisənin şahidi olmadığını, lakin bir ana kimi məhkəmədə iştirak etmək istədiyini deyib: "Mərhumun anasının, atasının üzünə baxa bilmirəm. Oğlum bağışlanmaz bir səhv edir. Rəhmətliyin atasından, anasından bağışlamasını istəmirəm. Çünki bir övlad dünyadan gedib. Mən onların evinə başsağlığına gedə bilmədim. Çünki o ananın gözünə baxa bilmərəm. Yoldaşım narkomaniyadan əziyyət çəkib, psixi xəstəliyi var. Bizə ailəmizə oğlum baxıb. Uşaq yaşından işləyib. Əsgərlikdən gələndən sonra da işləyib. Kənddə bir nəfərlə belə problemi olmayıb. Bir nəfər qapımızı döyüb deməyib ki, oğlunuz belə hərəkət edib".

 

Mərhumun atası Qorxmaz Məmmədov təqsirləndirilən şəxsi heç vaxt bağışlamayacağını deyib: "Biz övladımızı itirmişik. Bizi başa düşmək üçün bunu yaşamaq lazımdır. Ailəmizin göz yaşları, qarğışları bir ömür boyu bu qatili izləyəcək. O, heç vaxt rahat həyat yaşaya bilməyəcək. Bu insan necə canidir ki, adi bir söhbətə görə "uf" demədən oğlumu ürəyindən vurub öldürüb".

 

Q.Məmmədov məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini istəyib.

 

 

Qeyd edək ki, hadisə 2017-ci il Noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsində  olan gecə klubunda baş verib.  Zabrat sakini, 1994-cü ildə anadan olmuş Qasımov Zaur Akif oğlunun Naxçıvan sakini, 1995-ci il təvəllüdlü Məmmədov Xəyal Qorxmaz oğlunu münaqişə zəminində öldürüb.

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>