// //
LENT.AZ - Bakıdakı güclü partlayış: ÖLƏNLƏR VAR - YENİLƏNİB-2
Sizin link burada

Bakıdakı güclü partlayış: ÖLƏNLƏR VAR - YENİLƏNİB-2

Fövqəladə Hallar Nazirliyi Bakıda baş vermiş güclü partlayışla bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 25 m2 olan (10 m2 hissəsi daşdan, qalan hissəsi taxta konstruksiyalardan ibarət) tikilinin (çayxana kimi fəaliyyət göstərir) içərisində propan qaz balonu partlayıb. Nəticədə tikilinin yanar konstruksiyaları yanıb.

 

Yanğın yerinin kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 2 nəfərin (qadın və kişi) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Daha 2 nəfər (İbrahimov Natiq Zahid oğlu, 44 yaş; İbrahimova Şəkər Xosrov qızı, 53 yaş) yanğınsöndürənlər hadisə yerinə çatana kimi xəstəxanaya aparılıb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əlavə məlumat veriləcək.

 

 

*****

 

15:58

 

Bu gün Bakı şəhərinin Binəqədi rayonu ərazisində baş vermiş partlayışda ölənlərin sayı dəqiqləşib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, "Elite" ticarət mərkəzi ilə üzbəüz ərazidə yerləşən kiçik obyektdə qaz sızmasından baş verən partlayış səbəbindən 2 nəfər hadisə yerində ölüb. Hər iki şəxs yanaraq ölüb. Vizual olaraq onların kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, xilasedicilər və təcili tibbi yardım briqadaları gəlib. Əlavə məlumat veriləcək. 

 

*****

 

15:29

 

Bu gün Bakı şəhərinin Binəqədi rayonunda partlayış hadisəsi baş verib. Lent.az xəbər verir ki, "Elite" ticarət mərkəzinin yaxınlığında qaz sızmasından partlayış olub. İlkin məlumata görə, 1 nəfər hadisə yerində vəfat edib.

 

Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər göndərilib.

 

Əlavə məlumat veriləcək.

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018

Digər xəbərlər >>>