// //
LENT.AZ - Azərbaycanlıdan rüşvət tələb edən sahə müvəkkili həbs edildi
Sizin link burada

Azərbaycanlıdan rüşvət tələb edən sahə müvəkkili həbs edildi

 

Dağıstanın Şamxal qəsəbəsində azərbaycanlı miqrantdan rüşvət tələb edən sahə müvəkkili həbs edilib.

 

Lent.az-ın yerli KİV-ə istinadən məlumata görə, 28 yaşlı Elmin Həsənov hüquq-mühafizə orqanlarına müraciət edərək yerli sahə müvəkkilinin ondan 19 min rubl (təxminən 300 dollar) rüşvət istədiyi barədə məlumat verib. Dağıstan DİN-in mətbuat xidmətinin rəhbəri Ruslan İbrahimhacıyevin bildirdiyinə görə, rüşvət istəmə faktıyla bağlı 3 nəfər polis işçisi həbs edilib. Sonradan onlardan iksi sərbəst buraxılıb. Sahə müvəkkili barədə isə cinayət işi açılaraq haqqında həbs qətimkan tədbiri seçilib.

 

 

LENT

19 Aprel 2018

Digər xəbərlər >>>