// //
LENT.AZ - Tozsoranın içində ekstazi gətirirmişlər - FOTOLAR
Sizin link burada

Tozsoranın içində ekstazi gətirirmişlər - FOTOLAR

 

Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısı alınıb.

 

DGK-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, idarənin "Sınıq-Körpü" gömrük postunda Türkiyədən Azərbaycana piyada sərnişin idxal xətti ilə gələn Azərbaycan vətəndaşları Hüseynov Nizami Çingiz oğlu, Rzayev Kamran Əli oğlu və Məmmədov Tural Kəramət oğluna məxsus əl yüklərinə piyada idxal xəttində quraşdırılmış "Heimann X-RAY" markalı rentgen aparatında gömrük nəzarəti həyata keçirilib. Baxış zamanı gömrük nəzarətinə təqdim olunmuş bir ədəd "Fantom" markalı tozsoranın qutusunun içərisində gömrük nəzarətinə bəyan edilməyən mal olduğu aşkarlanıb. Qeyd olunan tozsoran avadanlığının içərisində sellofan paketə bükülü vəziyyətdə dərman preparatlarının olduğu müəyyənləşdirilib. Məlum olub ki, həmin dərman preparatları 903 (doqquz yüz üç) ədəd, ürək formalı, narkotik vasitə olan ekstazidir.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

20 Aprel 2018
19 Aprel 2018

Digər xəbərlər >>>