LENT.AZ - 76 yaşlı kişini maşın vurub öldürdü - Gəncədə
Sizin link burada

76 yaşlı kişini maşın vurub öldürdü - Gəncədə

Gəncədə avtomobil piyadanı vurub öldürüb.

 

APA-nın məlumatına görə, hadisə şəhərin 28 May küçəsində qeydə alınıb.

 

"VAZ 2106" markalı avtomobil yolu keçmək istəyən piyada, 1942-ci il təvəllüdlü Bayramov Knyazı vurub.

 

Sürücü piyadanı xəstəxanaya aparsa da, müayinə zamanı həkimlər onun öldüyünü müəyyən ediblər.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

LENT

23 İyul 2018

Digər xəbərlər >>>