// //
LENT.AZ - Qənirə Paşayeva Lənkəranda qadınlarla görüşüb
Sizin link burada

Qənirə Paşayeva Lənkəranda qadınlarla görüşüb

Millət vəkili Qənirə Paşayeva Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin “Müasir Azərbaycan qadını” layihəsi çərçivəsində Lənkəranda qadınlarla görüşüb. Lent.az-ən məlumatına görə, Lənkərandan və ölkəmizin müxtəlif bölgələrindən çoxlu sayda qadınların qatıldığı tədbirdə çıxışında millət vəkili bildirib ki, hansı ölkələrdə qadınların dövlətin və cəmiyyətin idarə olunmasından başlayaraq həyatın bütün sahələrində kişilərlə bərabərliyinin təmin olunması istiqamətində ciddi işlər görülürsə, orada daha çox uğurlar var. Qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır.

 

O deyib ki, gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır.

 

Tədbirin sonunda millət vəkili Q. Paşayeva hər bir qadına müəllifi olduğu və yeni çapdan çıxan “Səni Allaha Eşq götürür” və “ Sevgidən Eşqə” adlı  kitablarını imzalı hədiyyə edib. Tədbirdə iştirak edən Lənkəran rayon icra hakimiyyəti başçısının müavini Rasilə Əliyeva, Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, Dağıstanın və Lənkəranın fəal xanımları çıxış edərək mövzu ətrafında fikirlərini bildiriblər.

LENT

18 İyul 2018
17 İyul 2018

Digər xəbərlər >>>