LENT.AZ - Ticarət mərkəzinin önündə bomba partladı
Sizin link burada

Ticarət mərkəzinin önündə bomba partladı

ABŞ-ın Florida ştatında partlayış törədilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Leyk-Uels şəhərində ticarət mərkəzinin qarşısında əldə düzəldilmiş partlaycı qurğu işə düşüb.

 

Hadisə nəticəsində zərərçəkən olmayıb. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb edilib. Ticarət mərkəzi təxliyə edilib. İnsidentlə əlaqədar iki nəfərin axtarıldığı bildirilir.

LENT

26 Fevral 2018
25 Fevral 2018
24 Fevral 2018

Digər xəbərlər >>>