// //
LENT.AZ - Kabildə otelə hücum: ölənlərin sayı 43 nəfərə çatıb - YENİLƏNİB
Sizin link burada

Kabildə otelə hücum: ölənlərin sayı 43 nəfərə çatıb - YENİLƏNİB

Kabildə “Intercontinental Hotel” mehmanxanasına hücum nəticəsində həyatını itirən mülki şəxslərin sayı 43 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə "Tolo News" telekanalı Əfqanıstan güc strukturlarına istinadən məlumat yayıb.

 

Bundan əvvəl  mehmanxanaya hücum nəticəsində 12 nəfərin öldüyü açıqlanıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda 41 əcnəbi olmaqla, mehmanxanadakı 126 qonağın və mehmanxana əməkdaşlarının azad edildiyini bildirilib.

 

"Taliban" Hərəkatı mehmanxanaya hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Mehmanxanaya hücumda 5 silahlı iştirak edib, 18 saat ərzində atışma nəticəsində terrorçular öldürülüb .

 

Hazırda mehmanxanada başlamış yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. 

 

 

****

 

14:36

 

Kabildə “Intercontinental Hotel” mehmanxanasına hücum nəticəsində həyatını itirən mülki şəxslərin sayı 12 nəfərə çatıb.

 

APA-nın məlumatına görə, bu barədə "Pajvak" agentliyi məlumat yayıb.

 

Hazırda yanğınsöndürənlər mehmanxananın bir qismini əhatə edən yanğının söndürülməsinə cəlb edilib.

 

Bundan əvvəl  mehmanxanaya hücum nəticəsində 5 nəfərin öldüyü, 6 nəfərin yaralandığı açıqlanıb. Əfqanıstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda 41 əcnəbi olmaqla, mehmanxanadakı 126 qonağın və mehmanxana əməkdaşlarının azad edildiyini bildirilib.

 

Qeyd edək ki, şənbə günü axşam bir qrup silahlı “Intercontinental Hotel” mehmanxanasına hücum edib. “Intercontinental Hotel” bundan əvvəl 2011-ci ilin iy  ununda hücuma məruz qalıb, 12 nəfər ölüb.

 

***

 

saat 10.16

 

Əfqanıstanın təhlükəsizlik qüvvələri Kabildə “Intercontinental Hotel” mehmanxanasına hücum edən silahlıları zərərsizləşdirib, mehmanxanadakı bütün qonaqlar və mehmanxana əməkdaşları xilas edilib.

 

APA-nın "Agence France Presse" agentliyinə istinadən verdiyi məlumata görə, Əfqanıstan Daxili İşlər Nazirliyi 41 əcnəbi olmaqla, mehmanxanadakı 126 qonağın və mehmanxana əməkdaşlarının azad edildiyini açıqlayıb.

 

Əməliyyat zamanı 3 silahlı məhv edilib.

 

Qeyd edək ki, şənbə günü axşam bir qrup silahlı “Intercontinental Hotel” mehmanxanasına hücum edib. Nəticədə biri əcnəbi olmaqla, 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

 

“Intercontinental Hotel” bundan əvvəl 2011-ci ilin iy  ununda hücuma məruz qalıb, 12 nəfər ölüb. 

LENT

25 May 2018

Digər xəbərlər >>>