// //
LENT.AZ - Dəməşq Türkiyənin Afrindəki əməliyyatını pislədi
Sizin link burada

Dəməşq Türkiyənin Afrindəki əməliyyatını pislədi

“Suriya Ərəb Respublikası ölkənin ayrılmaz hissəsi olan Afrin bölgəsinə qarşı Türkiyənin qəddar təcavüzünü qəti şəkildə pisləyir və onun dərhal dayandırılması  üçün beynəlxalq ictimaiyyəti lazımi tədbirlər görməyə çağırır”.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Suriya XİN-in bəyanatında bildirilir.  

 

Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.

 

Əməliyyat çərçivəsində Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.

 

Türkiyənin baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatının yanvarın 21-də başlaya biləcəyini bəyan edib.

LENT

21 May 2018
20 May 2018
19 May 2018

Digər xəbərlər >>>