LENT.AZ - Rusiya Afrindəki böhrana görə ABŞ-ı günahlandırdı
Sizin link burada

Rusiya Afrindəki böhrana görə ABŞ-ı günahlandırdı

 

 

Türkiyənin YPG-yə qarşı əməliyyat keçirdiyi Suriyanın şimal-qərbində böhranın dərinləşməsinə əsas səbəb ABŞ-ın törətdiyi təxribatlar olub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.  

 

“ABŞ-ın kürdlərin çoxluq təşkil etdiyi rayonların ayrılmasına yönələn təxribatçı addımları Suriyanın qeyd olunan hissəsində böhranlı vəziyyətin yaranmasına səbəb olan əsas amillərdən biridir”, - deyə bəyanatda qeyd olunur.  

 

Bəyanatda həmçinin vurğulanır ki, Vaşinqtonun Suriyanın Türkiyə ilə həmsərhəd rayonlarında “sərhəd təhlükəsizlik qüvvələri”nin yaradılmasına dair bəyanatlar verməsi, silahlı dəstələrin dəstəkləməsi və Suriya dövlətçiliyinin süqutuna yönələn digər addımlar atması Ankaranın olduqca sərt reaksiyasına səbəb olub. 

LENT

18 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018

Digər xəbərlər >>>