LENT.AZ - Ankara Suriyada quru əməliyyatın vaxtını açıqladı
Sizin link burada

Ankara Suriyada quru əməliyyatın vaxtını açıqladı

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin əyalətində quru əməliyyatı yanvarın 21-də başlaya bilər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yanvarın 20-də Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.  

 

“Aviasiyamız nəzərdə tutulmuş hədəflərin əksəriyyətini məhv edib. Sabah, (yanvarın 21-də-red.)  şəraitdən asılı olaraq, quru qoşunlarımız lazımi işi görəcək. Onlar Azad Suriya Ordusu ilə birgə əməliyyat keçirəcək”, - deyə B.Yıldırım qeyd edib.

 

Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb. 

LENT

24 Fevral 2018
23 Fevral 2018

Digər xəbərlər >>>