LENT.AZ - Azərbaycan kuboku: yarımfinal cütləri bəlli oldu
Sizin link burada

Azərbaycan kuboku: yarımfinal cütləri bəlli oldu

Azərbaycan kubokunda yarımfinalın hər iki cütü müəyyənləşib.

 

Apasport.az saytının məlumatına görə, 1/4 finalın bu gün keçirilən cavab oyununda “Səbail”i məğlub edən “Qəbələ” “Neftçi”yə rəqib olub.

 

“Qırmızı-qaralar” evdə 1:0, səfərdə 4:2 hesabı ilə qalib gələrək adını növbəti raunda yazdırıb. “Neftçi” isə bir gün öncə səfərdə 0:1 hesabı ilə uduzduğu “Zirə”ni 2 cavabsız qolla keçmişdi.

 

Digər cütdə isə "Sumqayıt" “Keşlə” ilə oynayacaq. “Kəpəz”ə hər iki matçda qalib gələn (2:0, 3:2) bakılıların rəqibi də bu gün bilinib. Öz meydanında “Qarabağ”a şok yaşadan “Sumqayıt” iki oyunun nəticsəinə görə (1:2, 2:0) final uğrunda döyüşməyə haqq qazanıb.

 

Qeyd edək ki, mərhələnin oyunları 11-18 aprel tarixlərində baş tutacaq.

 

Azərbaycan kuboku

 

1/4 final

 

Cavab oyunları

 

15 dekabr (cümə)

 

 “Sumqayıt” – “Qarabağ” - 2:0

Qollar: Kamal Mirzəyev, 22, Amil Yunanov, 90

İlk oyun – 1:2

 

 

“Səbail” – “Qəbələ” - 2:4

Qollar: Adrian Popoviçi, 16, Elman Taqayev, 78 - Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44,

İlk oyun – 0:1

LENT

21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>