LENT.AZ - Azərbaycana Ərəbistandan toz-duman gəlir - XƏBƏRDARLIQ
Sizin link burada

Azərbaycana Ərəbistandan toz-duman gəlir - XƏBƏRDARLIQ

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, noyabrın 21-də ölkə ərazisində gecə saatlarından başlayaraq havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.
 
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, buna səbəb ölkənin cənub-şərq bölgəsinə Ərəbistan yarımadasından cənub-qərb küləyi vasitəsilə atmosfer axınları ilə qısa müddətli toz-dumanının daxil olmasıdır.
 
Toz-dumanının ölkənin cənub bölgəsindən Xəzər dənizi sahili boyunca Abşeron yarımadasına qədər irəliləyəcəyi  ehtimal olunur.
 
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə noyabrın 22-si axşam saatlarında Abşeron yarımadasında tozun havada miqdarının sanitar norma daxilində olacağı gözlənilir. 

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>