LENT.AZ - Azərbaycanda bazar günü QIRĞINI – 8 NƏFƏR ÖLDÜ
Sizin link burada

Azərbaycanda bazar günü QIRĞINI – 8 NƏFƏR ÖLDÜ

 

Bazar günü Azərbaycanda baş vermiş yol qəzalarında 8 nəfər ölüb. Lent.az xəbər verir ki, dünən ölkədə ümumilikdə 14 ağır yol qəzası baş verib. Bu  qəzalar nəticəsində daha 23 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Dünən Siyəzəndə “Mercedes” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində ər və arvadı ölüb. Ağstafada avtomobil 8 yaşlı oğlanı vurub öldürüb. Göygöl, İmişli, Qazax və Sabirabadda avtomobillərin toqquşması ölümlə nəticələnib. Yevlaxda isə 65 yaşlı piyada “Toyota”nın altında qalaraq ölüb.

 

Hər bir faktla bağlı araşdırma aparılır.

LENT

18 Dekabr 2017
17 Dekabr 2017

Digər xəbərlər >>>