// //
LENT.AZ - Avropa Hərəkatına yeni prezident seçildi
Sizin link burada

Avropa Hərəkatına yeni prezident seçildi

 

Yeni İdarə Heyətinə ilk dəfə Türkiyədən nümayəndə seçilib

 

 

Beynəlxalq Avropa Hərəkatının Brüsseldə baş tutan seçkisinin nəticələri açıqlanıb.

 

Lent.az-ın məlumatına görə, yeni prezident Avropa Parlamentinin üzvü Eva Maydell seçilib.

 

Azərbaycan təmsilçilərinin də qatıldığı Konqresdə Anna Widegren, Federica Sabbati, Brando Benifei, Bernd Hüttemann, Yves Bertoncini və Natasa Owens yeni Vitse Prezidentlər seçiliblər.

 

Azərbaycan Avropa Hərəkatını müşavirlər Eldar Bayramov və Emin Hacılı təmsil edib. İki gün davam edən Konqresdə Maria Heider Hərəkatın yeni xəzinədarı seçilib.

 

Bu seçkidə İdarə Heyətinin üzvləri də yenidən seçilib və nəticə olaraq hazırkı idarə heyəti daha gənc üzvlərdən formalaşdırılıb. Hərəkatın daha intensiv fəaliyyət planı da qəbul olunub.

 

İdarə Heyətinin yeni üzvləri Miguel Angel Benedicto, Maja Bobic, Christine Bosse, Pier Virgilio Dastoli, Valentin Dupouey, Florian Hauger, Christof-Sebastian Klitz, Roselyne Lefrançois, Luc Martens, Valeria Ronzitti, Aura Salla, Ela Taşkent seçilib.

 

Qeyd edək ki, Avropanın 42 ölkəsində nümayəndəliyi olan Beynəlxalq Avropa Hərəkatı 1948-ci ildən fəaliyyət göstərir. Azərbaycan nümayəndəliyi Hərəkata 2012-ci ildə tam hüquqlu üzv kimi qoşulub.

 

Hərəkatın Azərbaycan nümayəndəliyinin rəhbəri Ramin Hacılı seçkilər barədə belə deyib: "Biz ölkəmizi dünyada tanıtmaq üçün ingilis dilində jurnal çap etdirdik və bunu da dünyanın nüfüzlu qurumlarına göndərəciyik".

LENT

24 Aprel 2018

Digər xəbərlər >>>