LENT.AZ - Şimali Koreya ən güclü nüvə dövləti olmaq istəyir
Sizin link burada

Şimali Koreya ən güclü nüvə dövləti olmaq istəyir

Şimali Koreya ən güclü nüvə dövləti olmaq niyyətindədir.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu KXDR-in BMT-dəki daimi nümayəndəsi Ça Son Nam bəyan edib.

 

“Koreya Xalq Demokratik Respublikası kimin nə dediyindən asılı olmayaraq ən qüdrətli hərbi və nüvə dövləti olmaq üçün qələbə ilə irəliləyəcək”, deyə Ça Son Nam BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

 

Diplomat qeyd edib ki, Şimali Koreya digər ölkələrin maraqlarını pozmur. “Nüvə silahının mövcudluğu yalnız özünümüdafiə və bölgədə təhlükəsizliyin təmin edilməsinə xidmət göstərir”, deyə Ça Son Nam bildirib.

 

Şimali Koreya diplomatının çıxışından sonra ABŞ-ın dövlət katibi Reks Tillerson, Yaponiyanın baş naziri Taro Kono və Cənubi Koreya rəsmisi Ço Hun ölkələri adından KXDR-in nüvə statusunu tanımadıqlarını bəyan ediblər. 

LENT

21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>