LENT.AZ - Şəhriyarın büstü tanınmaz hala salındı
Sizin link burada

Şəhriyarın büstü tanınmaz hala salındı

Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə hörmətsizlik edilib.
 
Lent.az-ın azvision.az-a istinadən məlumatına görə, bir qrup şəxs zorakılıq nümayiş etdirərək şairin Məşhəd şəhərində yerləşən büstünü tanınmaz hala salıb.
 
Xatırladaq ki, Seyid Məhəmmədhüseyn Behcət Təbrizi daha çox Şəhriyar təxəllüsü ilə tanınan böyük Azərbaycan şairidir. Şeirlərini Azərbaycan və fars dillərində yazıb. 
 
Şəhriyar 1906-cı ildə Təbriz yaxınlığındakı Xoşginab kəndində anadan olub. O, ibtidai və orta məktəbləri Təbrizdə bitirib, məşhur "Talibiyyə" ruhani mədrəsəsində isə görkəmli müəllimlərdən ərəb dili və ədəbiyyatından dərs alıb. İlk şeiri Təbrizdəki "Məhəmmədiyyə" orta məktəbinin buraxdığı "Ədəb" adlı jurnalda dərc olunub. Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin - Məliküşşüəra Baharın, Səid Nəfisinin və Pəjman Bəxtiyarinin müqəddimələri ilə nəşr edilib.
 
Milli ədəbiyyatın, mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə Şəhriyarın "Heydərbabaya salam" əsəri 1954-cü ilin mart ayında Təbrizdə nəşr olunub. Həmin nəşrə müqəddimə yazmış alimlər - Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək dəyərləndirlər; haqlı olaraq bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını qeyd ediblər.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>