Lent.az | KULIS - Yoxluğun böyük şairi – Fransız şair Məmməd İsmayıldan yazdı

Yoxluğun böyük şairi – Fransız şair Məmməd İsmayıldan yazdı

Kulis.az Məmməd İsmayılın Fransada çap olunan “Əbədiyyət  yolçusu” (Le  voyageur de L’eternıte) adlı şeirlər kitabına fransız yazıçı Thracy dən Athanasius Vantchevin yazdığı ön sözü təqdim edir.

 

Məmməd İsmayıl Azərbaycanın  ən önəmli  şairlərindən biridir. Möhtəşəm nailiyyətlər və dəhşətli sınaqlarla dolu olan həyatı, ona ilham verən alovlu şeir qaynağı olmuş. Yüksək ilhamı, bu yolda çəkilən əzablar, inadkar  axtarışlar qələmin lütfü ilə ucaldılmış duyğular əsil sənət əsərlərinə çevrilmiş, şairin  mənəvi uçuşa səbəb olmuşdur.

 

Məmməd İsmayıl, bütün yaradıcılığı boyu yoxluğun  böyük şairi oldu. Gələcəyin böyük şairi hələ ilk qədəmlərini atanda üzünü yaddaşında qalacaq dərəcədə belə görmədiyi atası cəbhələrdə həlak oldu. Ata yoxluğu!  Şairə həm atalıq, həm də analıq edən tək övladını təkbaşına böyüdən ananın zamansız ölümü - Ana yoxluğu!  Nəhayət bu yoxluqlara bir də canı qədər sevdiyi vətən yoxluğunun əlavə olunması?! Vətən üçün bir bu qədər iş görə-görə və bu sevgisinə görə vətəndən uzaq düşməsi, Vətən yoxluğu-yoxluqların zirvəsi! Amma o, qürbətdə də nəfəsini vətənlə alır, çünki qürbət yalnız qaranlıq tərəfdir, həmişə xatirələrin ən işıqlı yeri olan Vətənin qaranlıq tərəfi!

 

Məmməd İsmayıl, dünyaya və varlıqlara olan düşüncələrini  fərqli, iddialı və musiqili bir dildə ifadə edir (Təsadüfü deyil ki, bu fərqlilik onun yüzlərcə şeirinin nəğməyə çevrilməsinə səbəb olmuşdur). Mən Azərbaycan türkçəsini bilmirəm, ama ona yaxın olan Türkiyə Türkçəsini bildiyimdən, şairin şeirlərinin qafiyə və allitrasyalarının zənginliyini, sözlərinin virtouz düzənini  yetərincə hiss edirəm. Şairin öz dilinə olan böyük sevgisi, ona  şerin bütün imkanlarından istifadə etməkdə yardımçı olur.

 

Məmməd İsmayıl  söhbətləri  zamanı  əcdadlarının  yaratdığı  ənənələrin yaşadılmasının atəşli tərəfdarıdır. Onun bütün yaradıcılığı "Azərbaycan dilinin müdafiəsi və nümunəsi" kimi diqqətə layiqdir. Minillik aşıq ənənəsindən yola çıxan şair, sadəcə bu ənənəni davam etdirməmiş, Azərbaycan  şerinə yepyeni standartlar  da gətirmişdir. Məmməd İsmayıl , əsərlərinin müstəsna keyfiyyətinə və ucalığına görə beynəlxalq səviyyədə tanınmış bir şairdir, Azərbaycan mədəniyyətinin  yorulmaz səfiri və cazibədar poeziyasının bayraqdarıdır.

 

Thracy dən Athanasius Vantchev

Paris, Aprel 2018

 

LENT

18 İyul 2018
17 İyul 2018
16 İyul 2018