Lent.az | KULIS - Nazim Hikmətin zibillikdən tapılan əşyaları hərraca çıxarıldı - Fotolar

Nazim Hikmətin zibillikdən tapılan əşyaları hərraca çıxarıldı - Fotolar

 

Zibilyığanlar Nazim Hikmətin xüsusi əşyalarını tapdılar.

 

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur türk şairinin həbsxanadakı xüsusi əşyaları online satışa çıxarılır.

 

Həbsxana müddətində tez-tez məktublaşdığı dostu Kemal Sülker uzun ilər göz bəbəyi kimi qoruduğu Nazim Hikmət kolleksiyasını İstanbuldakı xüsusi kollecə təqdim etmişdi.

 

Kollecin kitabxanasındakı təsnifat sonrası Nazimin kolleksiyasının bir qismi kolleksionerlərə verildi, digər qismi isə zibilliyə tullandı.

 

Həmin kağızları zibilyığanlar tapıb ortaya çıxardılar. Kolleksiyada Nazim Hikmətin əl yazısında “Nikbinlik” şeiri, həyat yoldaşı Pirayeyə hədiyyə etdiyi üstü yazılı yaylıq, öz düzəltdiyi boyunbağı, taxta oymalı tikiş qutusu, şairin toxuduğu ipək qumaş, qalstuk, “Talesiz Yusif” adlı tablosu və məftildən yazdığı imzası var.

 

Bu kolleksiya əntiq əşyalar kolleksiyasına təqdim olunub. Nazim Hikmətin əşyaları hərraca çıxarılıb.

 

 

 

 

 

 

LENT

18 İyul 2018
17 İyul 2018
16 İyul 2018