// //
Lent.az | IKT - Bu smartfonlar heç vaxt satışa çıxarılmadı...
Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu smartfonlar heç vaxt satışa çıxarılmadı...

Mütəxəssislər hələ də prototip mərhələsində qalan daha çox populyar smartfonları qeyd ediblər.

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, ilk olaraq adı çəkilən “Google Sooner”dir. Bu smartfon bazara çıxarılmadı. Buna səbəb isə onun düyməli telefonların populyarlığının sürətlə düşdüyü bir vaxtda istehsal edilməsi idi. 

“Google Sooner” onunla məşhurdur ki, o, “Android” əməliyyat sistemində fəaliyyət göstərən ilk mobil telefon olub. Düşünülürdü ki, geniş ekranlı cihaz düyməli panelə malik olacaq və potensial alıcılar tərəfindən sevgi ilə qarşılanacaq. Ancaq həmin vaxtlarda “Nokia” şirkətinin istehsalı olan ilk sensorlu smartfonların satışlarına start verildi və “Google Sooner”in tərtibatına son qoyuldu.

“Tyzen” əməliyyat sistemi ilə işləyəcək “Galaxy S III” smartfonu da özünün seriya istehsalını görə bilmədi. Məhz bu “qəribə” əməliyyat sistemi ona gətirib çıxardı ki, “Samsung”un cihazı prototip mərhələsində qalmalı olsun. 

Eyni aqibəti 2013-cü ilə “Nokia Normandy”ni də gözləyirdi. Bu cihaz qənaətcil smartfon olmalı idi. Ancaq brendin populyarlığı sürətlə düşməsi başladı və bu səbəbdən cihazın təqdimatı beləcə baş tutmadı. 

 

LENT

17 İyul 2018
16 İyul 2018
14 İyul 2018
13 İyul 2018