// //
Lent.az | IKT - WSJ: ABŞ-da haker hücumlarının sayı artıb
Bu bölmə Bakcell tərəfindən təqdim olunur

WSJ: ABŞ-da haker hücumlarının sayı artıb

ABŞ-da şəhər hökumətinin kompüter sistemlərinə haker hücumları mütəmadi hal alıb. 


İKT.lent.az-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən məlumat yayıb. 


Nəşrin məlumatına görə, hakerlər şəhər administrasiyalarının və müxtəlif təşkilatların kompüter sistemlərini viruslarla yoluxdurur və bununla da kompüterlər bloklanır. Sonradan isə onlar blokun açılması üçün müəyyən həcmdə vəsaitin köçürülməsini tələb edirlər. 


Daha çox hücumlar kiçik şəhərlərin kompüter sistemlərinə həyata keçirilir. Hakerlər hədəf olaraq kiçik şəhərlərin administrasiyalarını götürüblər ki, onlar da bir o qədər etibarlı müdafiə olunmurlar.

LENT

16 İyul 2018
14 İyul 2018
13 İyul 2018
12 İyul 2018
11 İyul 2018