// //
Lent.az | IKT - Gürcüstanda mobil telefonlar şəxsiyyət vəsiqəsini əvəz edəcək
Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Gürcüstanda mobil telefonlar şəxsiyyət vəsiqəsini əvəz edəcək

Gürcüstan vətəndaşları mobil telefonlarının SİM-kartlarına şəxsi identifikasiya məlumatlarını yükləyərək bundan istifadə etmək imkanı qazanacaqlar.

 

İKT.lent.az-ın “apsny.ge” saytına istinadən verdiyi xəbərə görə, Dövlət Xidmətlərinin İnkişafı Agentliyi proqram təminatı sistemi və ona texniki dəstək xidmətlərinin satın almaq üçün elektron tender elan edib. Layihənin dəyəri 5,8 milyon laridir.  

 

Layihə həyata keçirildikdən sonra SİM-kart ID kartların funksiyalarına malik olacaq və oraya vətəndaşın bütün identifikasiya məlumatları yüklənəcək. Vətəndaş öz istəyi ilə elektron imza funksiyasını da aktivləşdirə bilər. Bundan sonra vətəndaşların şəxsiyyət vəsiqəsi gəzdirməsinə ehtiyac qalmayacaq.  

Tenderə təkliflər iyunun 25-nə qədər qəbul  olunacaq.

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018