// //
Lent.az | IKT - Elon Mask Marsa ekspedisiya aparacaq gəmini göstərdi - FOTO - VİDEO
Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Elon Mask Marsa ekspedisiya aparacaq gəmini göstərdi - FOTO -

“SpaceX” şirkətinin yaradıcısı Elon Mask pilot missiyası həyata keçirəcək kosmik gəmi - “Crew Dragon”un yekun dizaynının fotosunu paylaşıb.

 

İKT.lent.az-ın xəbərinə görə, gəmi Beynəlxalq Kosmik Stansiyaya ekipaj və yük daşıyacaq. Hazırda bu işlə Rusiyanın “Soyuz” gəmisi məşğul olur.

 

“Crew Dragon” 2013-cü ildən hazırlanır. Onu həm içəridən, həm də Yerdəki mərkəzdən idarə etmək mümkündür. Əsas testlər yekunlaşdıqdan sonra gəmi avqustda Kanaveral burnundakı kosmodroma göndəriləcək və sınaqlar orada davam etdiriləcək. 2024-cü ildə İ. Mask bu gəmi vasitəsilə Marsa ekspedisiya göndərmək fikrindədir.

 

“SpaceX” planlaşdırır ki, gəmini Yerə qaytararaq təkrar istifadə etmək mümkün olacaq. Şirkət 2015-ci ildə gəminin daxili dizaynını da nümayiş etdirmişdi.

LENT

21 İyun 2018
20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018