Lent.az | IKT - “Google” daha çox sındırıla bilən şifrələri açıqladı
Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google” daha çox sındırıla bilən şifrələri açıqladı

“Google” mütəxəssisləri və Kaliforniyanın Berkli Universitetinin alimləri geridə qoyduğumuz ilin ən çox sındırılan şifrələrini proqnozlaşdırıblar. 

İKT.lent.az-ın Nation-news.ru saytına istinadən məlumatına görə, məlum olub ki, birinci yerdə “123456” kombinasiyası qərarlaşıb. Bu qeyri-adi şifrədən 2017-ci ildə 6 milyondan az olmayan istifadəçi sayı istifadə edib.  

Ən sadə şifrələr siyahısının ikinci yerində "password" sözü yer alıb. Belə şifrəni 2 500 dəfə sındırmağa nail olunub.

 

Üçüncü yerdə qərarlaşan şifrə reytinqin liderindən bir qədər qəlizdir. Belə ki, "123456789" kombinasiyasını 2 milyon dəfə sındıra biliblər.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017