Lent.az | Ailə | Mütəxəssis | Anar Məmmədov

MÜTƏXƏSSİSLƏR

Aşağıda göstərilmiş kateqoriyalar üzrə mütəxəssislərimiz ilə ünsiyyətdə olub bütün suallarnızı verə bilərsiniz
Anar Məmmədov
Uroloq

Anar Məmmədov 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra 1 il ərzində Səhiyyə Nazirliyinin Topçubaşov adına Milli Eksperimental Cərrahi Mərkəzində cərrahiyyə üzrə internatura keçib. 2009-2011-ci illərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində İ.İ.Meçnikov adına Tibb Akademiyasında urologiya üzrə klinik ordinatura keçib. Türkiyənin İstanbul Universitetinin Çapa Tibb Fakültəsinin urologiya kafedrasında müasir urologiya üzrə təkmilləşmə keçib. Müxtəlif yerli və beynəlxalq tibbi və uroloji cəmiyyətlərin üzvüdür.

 

Hazırda özəl klinikalarda sidik və cinsiyyət üzvləri üzərində aparılan geniş spektrli açıq və qapalı (endoskopik) əməliyyatlar həyata keçirməkdədir.

SUAL VER
Ad və soyad
Cins
Sual
Təhlükəsizlik
6 CAVAB
Elcin Askarov (10 Fevral 2017 | 10:22)

Protomol uno ne kimi faydasi var

Anar Məmmədov (10 Fevral 2017 | 19:36)

Prostat vezi hiperplaziyasinda istifade olunur

Vusal (01 Fevral 2017 | 15:04)

Salam Hekim Menim anam 8 il bundan evvel lazerle boyrek dashi emeliyyati olub. 57 yashi var. 98 kg-dir. Son iller cox ish gordukde ve ya ayaq uste cox durduqda, belinde ve boyrek hisselerde agrilari olur. Herden urek bulanmalari ve bezi gecelerde terlemeleri olur. Bunun boyreklerle elaqesi varmi?

Anar Məmmədov (01 Fevral 2017 | 15:12)

Salam. Muayine olmadan keskin bir soz demek olmur. Boyrekle elaqesi olma ehtimali azda olsa ola biler amma yenede tam muayineden kecmeden nese demek cetindir.

elsad quliyev (31 Yanvar 2017 | 11:12)

salam .oglumun uc yasi var ancaq xayasinin biri dusmeyib bunu ne etmeli

Anar Məmmədov (31 Yanvar 2017 | 11:44)

Salam mualice yolu yalniz emeliyyatdir. Dahada gecikdirmeyin.

Ən çox oxuduğunuz rubrika hansıdır?