// //
Lent.az | Ailə | Bu il 528 nəfər qidadan zəhərlənib, 4 nəfər ölüb

Bu il 528 nəfər qidadan zəhərlənib, 4 nəfər ölüb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 318 qida zəhərlənməsi baş verib.

 

Ailem.az bildirir ki, bununla bağlı trendə-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, zəhərlənmə hadisələrindən 528 nəfər zərər çəkib.

 

Yanvar-noyabr ayları ərzində 19 botulizm hadisəsi baş verib. Nəticədə 35 nəfər zəhərlənib, 4 nəfər dünyasını dəyişib. Botulizmdən sonuncu ölüm hadisəsi Bakının Nəsimi rayonu ərazisində, hisə verilmiş balıqdan baş verib. Ondan əvvəl baş verən ölüm hadisələrinə isə məişət şəraitində hazırlanmış konservləşdirilmiş məhsullar səbəb olub.

Ümumilikdə qida zəhərlənmələrinin hamısı məişət şəraitində hazırlanmış məhsulların qəbulundan baş verib.

 

Qeyd edək ki, Azərbaycanda qida zəhərlənmələri və onlardan zərərçəkənlərin sayı ötən illin müvafiq dövrü ilə müqayisədə azalıb.

2016-cı iln yanvar-noyabr aylarında Azərbaycanda 573 qida zəhərlənməsi hadisəsi baş verib, 848 nəfər qidadan zəhərlənib, 2 nəfər isə dünyasını dəyişib.

 

 

LENT

04 May 2018
03 May 2018
02 May 2018
01 May 2018
30 Aprel 2018
28 Aprel 2018